Türkiyənin bu bölgələrində ZƏLZƏLƏ OLDU

Adıyamanın Çelikhan rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələnin yerli vaxtla 08:27-də qeydə alındığı deyilir. Zəlzələ 7 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, Türkiyənin Adana əyalətində də 4,1 baş gücündə zəlzələ baş verib.