Rumeli Universitetinin rektoru Prof. Dr. Salih Aynural vəzifəsindən azad edilib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktarla bağlı başladılan cinayət işində adı hallanan rektor postunu itirib.
Hələlik onun yerinə yeni rektor təyin edilməyib.
Qarşıdakı günlərdə yeni rektor təyinatının həyata keçiriləcəyi gözlənilir.