Adnan Oktar “kedicik”lərlə bağlı son qərarını verdi

İnternet kanalında yayımlanan verilişi ilə böyük səs-küyə səbəb olan Adnan Oktar “kedicik”lərlə əlaqədar yekun qərarını verib.

Yenicag.az “DW Türkçe”yə istinadən xəbər verir ki, Türkiyənin Radio və Televiziyalar Ali Şurası (RTÜK) Adnan Oktarın A9 internet kanalında yayımlanan verilişi ilə bağlı monitorinq aparıb. Cəmiyyətin müxtəlif təbəqələri arasında etirazla qarşılanan verilişin formatında bəzi dəyişikliklər olunub. Belə ki, Adnan Oktar bundan sonra “kedicik”lərin efirə çıxarılmayacağını bildirib. O, bu üsulla məsələnin kökündən həll olunacağını söyləyib.

Həmçinin, Oktar onu da əlavə edib ki, homoseksual lobbisi onu qısqanır və onun fəaliyyətini dayandırmaq üçün müxtəlif üsullara əl atırlar.

COP29