Adnan Oktar və tərəfdarları saxlanıldı

Türkiyədə özünü ilahiyyatçı qələmə verən Adnan Oktar və 200 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində saxlanılıb.

Yenicag.az “Haber7″yə istinadən xəbər verir ki, onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə təqsirləndirilir.

Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.

Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.

Qeyd edək ki, Adnan Oktarın verilişini yayımlayan A9 TV-də də əməliyyat keçirilib.

COP29