Adnan Oktarın “kedicik”lərinin yaşadığı villa havadan görüntülənib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Adnan Oktarın başçılıq etdiyi cinayətkar dəstənin 91 qadın üzvünə ev həbsi verilib. Həbsdən çıxan “kedicik”lərin bəzilərinin İstanbulun Kartal bölgəsində lüks villada yaşadıqları iddia edilib.
Qeyd edək ki, dəmir hasarlı villanın hər tərəfində sarmaşıqlar var və kənardan villanın həyəti görünmür.