Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Adnan Oktarın "kediciyi" Tuba qaçırıldı - Anasından ŞOK İDDİA/VİDEO

190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli ilahiyyatçı Adnan Oktarın “kedicikləri”ndən biri Tuba Babuna azadlığa buraxıldıqdan sonra qaçırılıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu iddia ilə Tuba Babunanın anası çıxış edib:

“Sağlıq problemlərinə görə 9 ay sonra aprelin 15-ində azadlığa buraxılan Tubadan xəbər ala bilmirik. Onu təşkilatın üzvləri qaçırdıb. Qızım azadlığa çıxandan sonra ilk işi adresini dəyişmək olub. Ancaq o, evə gəlməli idi. Çünki səhhətində problemlər var. O, bu xəstəliyə 2-3 il əvvəl təşkilatda olarkən yoluxmuşdu. Övladlarımı bu təşkilatdan xilas etmək üçün əlimdən gələni edəcəyəm”, – anası qeyd edib.

Qeyd edək ki, Tuba Babuna Adnan Oktarla 31 il əvvəl 18 yaşında olduqda tanış olub. Daha sonra bacı, qardaşları Oktar Babuna, Eda Babuna, Ceyda Ertüzün ve Hüma Babunanı da təşkilata üzv edib. Ailəsi onları xilas etməyə çalışsa da buna nail ola bilmıəyiblər.

Tuba 2018-ci il 19 iyulda Adnan Oktar cinayət qrupuna qarşı həyata keçirilən əməliyyat zamanı həbs edilib. Azadlığa buraxılan zaman isə o, gedəcəyi yer olaraq ailəsinin Kadıköydəki evlərinin ünvanını verib.

www.yenicag.az

1951