Reklam: High Technic
hightechnic

ADY-dən dəhşətli qəza ilə bağlı ittihamlara CAVAB - FOTOLAR

Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində baş verən faciədə işıqforun olmaması və şlaqbaumun standartlara cavab verməməsi qəzanın baş vermə səbəblərindən biri kimi göstərilib.

Bunu saytımıza açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Yenicag.az-a açıqlamasında xəbəri təkzib edərək həmin ərazidə işıqforun olduğunu qeyd etdi:

“Hadisə ilə bağlı müəyyən görüntülər yayıldı ki, bunlar da keyfiyyətsiz görüntülər idi. Orada nəyin olub-olmadığı dəqiq görünmürdü. Bu da yanlış fikirlərə rəvac verdi. Həmin ərazidə işıqfor da var, standartlara cavab verən şlaqbaum da. Faktla bağlı araşdırmadan sonra hadisənin hansı səbəbdən baş verməsi dəqiq bəlli olacaq”.

Sevinc Qədirova sözügedən ərazidən görüntüləri də saytımıza təqdim edib.

Cəvahir

 

www.yenicag.az

3096