Azərbaycanda aerodrom istismarı sahəsində fəaliyyət göstərən dövlət orqanlarının hüquqi əsaslarının təmin edilməsi məqsədilə yeni qanun dəyişiklikləri təklif olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə olunarkən bildirilib.
Hazırkı qanunvericiliyə əsasən, aerodrom istismarçısı yalnız aerodromun idarə olunmasını həyata keçirən fiziki və ya hüquqi şəxsləri əhatə edir. Lakin təklif olunan dəyişikliklərə görə, bu anlayışa dövlət orqanları da daxil ediləcək. Beləliklə, aerodromun istismarını həyata keçirən dövlət qurumlarının fəaliyyətinin hüquqi çərçivəsinin formalaşdırılması təmin olunacaq.
Qanun layihəsinin qəbul edilməsi aviasiya sahəsində dövlət iştirakını gücləndirmək və bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.