“Aeroflot”un 13 təyyarəsinə xaricdə həbs qoyuldu

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə “Aeroflot” şirkətinin 357 təyyarəsindən 13-nə xarici ölkələrdə həbs qoyulub.

Yenicag.az xəbər verir ki, bunu RBC-yə müsahibəsində şirkətin Baş direktoru Sergey Aleksandrovski bildirib.

O deyib ki, aeroflotun donanmasında hazırda siyahı üzrə 180 (həbs qoyulmuş təyyarələr də daxil olmaqla), cədvəl üzrə 150-yə yaxın təyyarə var.

Onun sözlərinə görə, hazırda “Aeroflot”un ikili qeydiyyatı olmayan 89 təyyarəsi var, lakin bu sayı artırmaq da mümkündür./Report/