Aeroport yolunda ağır qəza: yaralananlar var

Bakıda 3 minik avtomobili toqquşub.

Hadisə aeroportdan “Koroğlu” metrostansiyası istiqamətində gedən yolda baş verib. Qəzanın səbəbləri araşdırılır.

Qəza nəticəsində xəsarət alanlar var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və “Təcili yardım” cəlb olunub. Toqquşan avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən aparılıb.

Yenicag.az