Aeroport yolunda baş vermiş dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Ötən gün Heydər Əliyev prospekti-Hava Limanı yolunda baş vermiş dəhşətli avtoqəzanın videogörüntüləri yayılıb.

Yenicag.az baku.ws-yə istinadən xəbər verir ki, hava limanı istiqamətində hərkət edən “Daewoo” və “Volkswagen Passat” markalı iki minik avtomobili toqquşub.

Zərbənin təsirindən avtomobillər VAZ 2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin “Daewoo” markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

 

Yenicag.az