Aeroport yolunda dəhşətli qəza – 2 ölü

Bakıda dəhşətli qəza baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, aeroport yolunda iki “Mercedes” markalı avtomobilin toqquşub. Ağır qəzada 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Qəzaya səbəb kimi ötmə zamanı yüksək sürət həddinin olması və idarəetmənin itirilməsi göstərilir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.