!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aeroporta ildırım düşdü - Reyslər təxirə salındı

!Reklam – Yazi

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Stensted” aeroportuna ildırım düşüb.

Yenicag.az xəbər verir ki, ildırım vurması nəticəsində aeroportun təyyarələr üçün nəzərdə tutulan yanacaqdoldurma sistemi zədələnib.

Yaranmış qəzalı vəziyyətlə əlaqədar onlarla aviareys ya ləğv edilib, ya da təxirə salınıb.

Hazırda mütəxəssislər “Stensted” aeroportunun yanacaqdoldurma sistemini təmir edir.

Ötən gün axşam Böyük Britaniyada leysan yağış yağıb, 4 saat ərzində 15 mindən çox ildırım çaxıb. Böyük Britaniyada ölkənin bir neçə yerində yağış və subasma təhlükəsi ilə əlaqədar “sarı” təhlükə səviyyəsi elan edilib.

www.yenicag.az

2382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv