Tacikistanın paytaxtı Düşənbədə hava limanında cinayətkarlar və təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Silahlı insident nəticəsində 2 “omonçu” (Xüsusi Təyinatlı Polis Dəstəsi) və 1 yol polisi işçisi həlak olub, daha biri isə ağır yaralanıb.
Tacikistan hakimiyyəti hadisənin 1992-1997-ci il vətəndaş müharibəsindən sonra güc strukturlarının tabeliyinə keçən dəstə üzvləri tərəfindən törədildiyini deyir.
Bundan öncə, Düşənbə yaxınlığındakı Vəhdət şəhərində polisa idarəsinə hücum zamanı 4 asayiş keşikçisi də öldürülmüşdü(modern).