Aeroportda elektrik təchizatı bərpa edildi

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.

Bu barədə Yenicag.az-a hava limanından bildirilib.

Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.