Aeroportda partlayıcı dolu çanta tapıldı

Hindistanın İndira Qandi adına beynəlxalq aeroportunda güclü partlayıcı maddə dolu çanta aşkar edilib.

Yenicag.az xəbər verir ki, aeroporta giriş və çıxış qapıları bağlanıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri cəlb edilib.

Müşahidə videokameraları vasitəsilə çantanı aeroport ərazisinə daxil edən şəxs axtarılır.