!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aeroportda silahlar aşkar edildi

!Reklam – Yazi

silah_s7Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən vasitələrin – soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər.

Son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Respublikasına Frankfurt-Bakı, İstanbul-Bakı və Moskva-Bakıaviareyslərilə gələn Azərbaycan vətəndaşlarından soyuq silahlar – 1 ədəd “beşbarmaq”, 3 ədəd bıçaq, eləcə də 1 ədəd silah darağı və 1 ədəd nişangah aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, belə əşyaların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə görə məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

www.yenicag.az

804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv