İstanbulun Atatürk Hava Limanında daxili reyslər terminalının təhlükəsizlik bölməsində tavanın bir hissəsi çöküb.
Yenicag.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 1 sərnişin və 3 təhlükəsizlik işçisi xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Tavanın çökmə səbəbi araşdırılır.