!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aeroportlarda yuxu kapsulları olacaq

!Reklam – Yazi

Avropa aeroportlarında tezliklə yuxu üçün “Airpods” kapsulları istifadəyə veriləcək.

Yenicag.az xəbər verir ki, xüsusi kapsullar Sloveniya dizaynerləri tərəfindən hazırlanıb. Plana əsasən, “Airpods” modulları xarici görünüşünə görə gələcək avtomobilləri xatırladacaq. Konstruksiya daxilində formasını dəyişən rahat kreslo quraşdırılıb, eləcə də burada səyahətçilər telefonu enerji ilə doldura, “Wi-Fi” şəbəkəsinə qoşula, zəngli saat qura və filmlər seyr edə biləcəklər.

Yuxu üçün modulda qurğunun kənar səsləri tam izolə etməsinə baxmayaraq çöldə baş verənləri müşahidə etmək mümkündür. Kapsul, həmçinin sərnişinə reys elan edilən zaman minmə üçün çıxışa yaxınlaşması barədə avtomatik bildiriş göndərəcək.

“Airpods” kapsullarının 1 saatlıq icarəyə verilməsi planlaşdırılır.

Hazırda beta test mərhələsində olan kapsulların kommersiya sınağı çərçivəsində bir sıra Avropa aeroportlarında artıq bu il ərzində istifadəyə veriləcəyi gözlənilir. Gələcəkdə belə kapsullara dünyanın digər hava limanlarında da rast gəlmək mümkün olacaq. (milli.az)

www.yenicag.az

4188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv