Banqladeş Gömrük Xidməti paytaxt Dakka aeroportunun tualetində ümumi çəkisi 3 kiloqram olan 10 qızıl külçəsi aşkarlayıb.
Gömrük İdarəsi daxili olan anonim zəngdən sonra əməliyyata başlayıb və bir saatdan sonra qızılı tapıb.
Polis video-müşahidə kameraları vasitəsilə qaçaqmalçını tapmağa çalışır.
Aşkarlanan qızıl Banqladeşin Mərkəzi Bankına aparılıb.