Afaq Aslandan erməni blogeri ilə videosuna REAKSİYA – VİDEO

Müğənni Afaq Aslanın erməni blogerlərlə eyni məclisdə iştirakı ilə bağlı video yayılıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan videoya görə müğənni kəskin iradlarla qarşılaşıb.

Müğənninin mətbuat katibi Həmzə Məmmədli Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Afaq Aslan xaricdə dostu Riçin doğum gününə dəvət alıb və orada ev yiyəsinin 20 dən çox qonaqları olub. Doğum günü olan dostunun qonaqlarının əslən haralı olduğunu bilməyən Afaq Aslan doğum günündə Mas adlı vaynerin əslən erməni olduğunu bildikdən sonra məclisi tərk edib”.

Cəvahir