Afaq Bəşirqızı Ülvi Qılınca görə KİMƏ MÜRACİƏT ETDİ?

Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı müğənni Ülvi Qılınca görə dövlətə müraciət edib. O, gənc opera ifaçısının Dövlət Akademik Opera və Balet Teatrında işlə təmin olunmasını istəyib: “Ülvi Qılınc gənc və çox istedadlı sənətçidir. O, gənc ikən opera səhnəsində Koroğlu kimi çıxış edib. Onun kimi səslər əsrdə bir dəfə bu dünyaya gələ, ya gəlməyə. Mən müraciət edirəm buradan, onu Operanın açılışında Koroğlu kimi səhnədə görmək istəyirəm”.

Xalq artistinin müraciətindən təsirləndiyini bildirən Ülvi Qılınc Yenicag.az-a açıqlamasında fikirlərini bölüşüb:

“Sağ olsunlar, mənim işlə təmin olunmağıma görə həm Xalq artisti Afaq xanım, həm də Əməkdar artist Kubra xanım dövlətə müraciət etdilər. Dedilər, Opera Teatrının açılışında sən “Koroğlu” operasında oxu, biz də gələk, tamaşa edək.

Afaq xanım dedi ki, belə səslər əsrdə bir dəfə gələ, ya gəlməyə. Ülvinin səsi elə səsdir. Onun dilindən bu kəlmələri eşitmək məni çox təsirləndirdi. O elə bir sənətkarın qızıdır ki, onun dünyada analoqu yoxdur. Mimika ilə dünyanı gülüş krizinə gətirən üç aktyor tanıyaram – li Çaplin, Lui de Fünes, Bəşir Səfəroğlu. Bir dənə artıq hərəkət olmadan, ciddi sifətlə zalı güldürürlər. Başqa belə böyük aktyorlar tanımıram. Afaq xanım da belə bir fenomen aktyorun qızıdır. Onun mənim barəmdə belə bir ifadə işlətməsi məni qürurlandırdı. Sağ olsun ki, mənə görə dövlətə müraciət etdi. Elgizə də təşəkkür edirəm ki, bu fikirləri Afaq xanım onun verilişində səsləndirdi”.

Cəvahir

COP29