Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib? – Xalq artistindən AÇIQLAMA

Tanınmış aktrisa, Xalq artisti Afaq Bəşirqızının xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbər yalandır.

Bunu Yenicag.az-a açıqlamasında aktrisa özü deyib.

Xalq artisti məsələyə belə aydınlıq gətirib:

“Xəstəxanaya yerləşdirilməmişəm. Bir müddət əvvəl üəyimə stend qoyulub, bilirsiniz, sadəcə olaraq müalicə alıram”.

Qeyd edək ki, ARB kanalında yayımlanan “Elgizlə izlə” verilişində aparıcı Elgiz Əkbər proqrama telefonla bağlanan aktrisanın hazırda xəstəxanada olduğunu və əməliyyatdan yeni çıxdığını deyib.

Cəvahir