!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Afaq Bəşirqızından Ramiz Əzizbəyliyə SƏRT REAKSİYA

!Reklam – Yazi

Xalq artisti Afaq Bəşirqızı küsülü həmkarı Ramiz Əzizbəylinin onun barəsində söylədiyi fikirlərdən əsəbiləşib.

Məsələ ilə bağlı, aktrisa ilə əlaqə saxlayan Yeniçağ.az saytı onun qəzəbli səsi ilə qarşılaşıb.

Ramiz Əzizbəylinin adını eşidən kimi özündən çıxan Afaq Bəşirqızı qışqıraraq bunları deyib: “Qoy dəstəyi yerə, bu barədə məni narahat etməyin”.

Xatırladaq ki, tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli dünən Yeniçağ-az-a açıqlamasında uzun illər küsülü olduğu xanım həmkarı Afaq Bəşirqızı barədə sərt sözlər deyib:

“Mən illərdir ki, onunla küsülüyəm, danışmıram. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanındı, uğur qazandı, “Bəxt üzüyü”ndən sonra xalq artisti fəxri adını aldı. Heç barışıq addımına ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil”.
Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

760
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv