!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Afət Fərmanqızı “Dombra”nı fərqli üslubda oxudu - VİDEO

!Reklam – Yazi

Bir müddət öncə İmadəddin Nəsiminin qəzəlinə bəstələnən musiqi ilə gündəmi bir-birinə vuran müğənni Afət Fərmanqızı daha bir yeniliyə imza atıb.

Yenicag.az xəbər verir ki, müğənni indi də “Dombra”nın üstündə “Türk balası kurt olar” mahnısını oxuyub.

Mahnı artıq “YouTube” sosial şəbəkəsində yayılıb və böyük maraqla qarşılanıb.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Afət Fərmanqızı bildirib ki, mahnının sözləri Yunus Tunaya aiddir:

“Diriliş Ərtuğrul” filminin əsas mahnısı olan “Dombra” üzərində bu sözlərlə işlədik və belə bir mahnı ərsəyə gəldi. Mən hər iki-üç ildən bir vətən mövzusuna müraciət edirəm. Bu il də bunu seçdik. Çox sevinirəm ki, bilmədən mahnının yayınlanması Türkçülük gününə təsadüf edib. Mən türkəm və bununla qürur duyuram”.

Nehru

www.yenicag.az

4279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv