Afət Fərmanqızından Roza Zərgərliyə sərt sözlər – VİDEO

Şou-biznes aləmində Roza Zərgərli ilə Afət Fərmanqızı arasındakı qalmaqal davam edir.

Yenicag.az xəbər verir ki, qalmaqala səbəb Afətin Rozanın illər əvvəl yayılan açıq-saçıq fotosunu “İnstagram” hesabında paylaşması olub.

Paylaşıma cavab olaraq Roza Zərgərli bildirib ki, şəkil fotoşopdur və Afət Fərmanqızı buna görə qanun qarşısında cavab verəcək.

Lakin Fərmanqızının da cavabı gecikməyib:

“Bizim heç kimlə işimiz yoxdur. O özü deyib ki, Afətin ağzını cıraram. Getsin öz cırıq ağzını tikdirsin, sonra kiminsə ağzını cırar. Əvvəldən onu tanımamışıq, elə bilmişik ki, aparıcıdır. Müğənnidirsə, çıxsın oxuyaq, görək müğənnidir, yoxsa yox”.

Qadın müğənnilər arasında baş verən virtual müharibə sosial şəbəkədə də birmənalı qarşılanmır. Afət Fərmanqızı bu məsələyə də münasibət bildirib:

“Mən sənətimlə pulumu qazanıram. Ad çəkmək istəmirəm, amma görünən odur ki, qarşı tərəf başqa yollarla pul qazanır. Səsini düzəltmək əvəzinə, başqa yerlərini mükəmməlləşdirir. Gəlib məni həkimə aparsın, haramdasa silikon tapsa, maşınımı ona verəcəm. Yox mən tapsam, maşını mənimdir. Roza deyir, ərim var. Özü kifayət qədər üzqaraldıcı işlər görür. O sənətçi də deyil. Niyə oxuyur bilmirəm. Müğənnilik adı altında sənəti alçaldırlar”.

Son günlərdə gündəmdən düşməyən Fərmanqızı Rozanı məhkəməyə verəcəyini də qeyd edib:

“Roza xanımın mənim haqqımda təhqiri var. Onu məhkəməyə verəcəm. Ya məndən üzr istəməlidir, ya da təzminat verməlidir. Mənim ağzımı cıran anasından olmayıb. Roza uşaqdır, təklif edirəm ki, sənətdən getsin. Bizim adımıza ləkədir”.

 

COP29