“Buna görə gəlindən cehiz istəmədim”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı efirdə deyib.
O, evi dolu olduğuna görə, gəlininin cehiz gətirmədiyini və qarşı tərəfin qızıl istəmədiyini bildirib:
“Gəlindən cehiz istəmədim. Haraya qoyacaq cehizi? Gərək, onda bir boş ev alaydıq. Toydan bir ay əvvəl evdən bir-iki şey gətirmişdim. Getdim, alıb yerinə qoydum. Cehizi də, hər şeyi də var idi, amma ata-anasına dedim ki, cehizi qoymağa yer yoxdur. Ağlımıza gəlmədi ki, heç cehiz istəyək. Heç onlar da bizdən qızıl istəmədi, amma biz el adəti ilə aldıq”.
Nehru