“Bəli, xəyanətlə üzləşmişəm, keçmiş həyat yoldaşım mənə xəyanət edib”.
Yenicag.az xəbər verir ki. bu sözləri müğənni Afət Fərmanqızı “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi ilk dəfə gizlinləri aşıqlayıb:
“Bəli, xəyanətlə üzləşmişəm, keçmiş həyat yoldaşım mənə xəyanət edib. Deməyəndə haqqımda başqa şeylər düşünürlər. Biz müğənnilər haqda başqa şeylər düşünürlər. Bunu dedim və bu məsələ də burada bağlandı. Heç bir verilişdə, heç bir yerdə bu söhbətə qayıtmayın. “Ərə getdi, ərdə oturmadı” deyəcəklər. Məni qınayacaqlar”.
Nehru