Afətdən qalmaqal yaşadığı Flora Kərimovaya JEST: “Başqa yerə yozmayın”

Müğənni Afət Fərmanqızı qalmaqal yaşadığı Xalq artisti Flora Kərimova ilə barışdığını deyir, Xalq artisti isə əksini…

Yenicag.az xəbər verir ki, Afət “Elgizlə izlə” verilişində bunu bir daha bəyan edib.

Oğluna toy etməyə hazırlaşan müğənni Flora Kərimovanı da toya dəvətli olduğunu açıqlayıb:

“Şad olaram ki, Flora Kərimovanı da oğlumun toyunda görüm, əllərindən öpüm. Hüquq müstəvisində hər şey öz həllini tapıb. Başqa yerə yozulmasın. İstəmərəm sənətkarla aramızda küsülülük qalsın. 5 il əvvəl başqa yaşda idim, indi başqa”.

Nehru

COP29