Müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında qalmaqal davam edir.
Yenicag.az xəbər verir ki, Afət Flora Kərimovanın qarşısına dəlil-sübutla çıxıb.
“Flora Kərimovanın dediyi sirli sənədi yaydım. Budur qərar… 2-ci dəfə də məhkəmə Flora Kərimovanın iddialarını rədd etdi və təmin etmədi”.
Xatırladaq ki, bundan qabaq Xalq artisti Afət Fərmanqızıya videomüraciətlə səslənib:
“Afət, yəni mən o qədər savadsızam ki, bilmirəm ki, məhkəmənin qərarı olmadan mülkə həbs qoyulmur? Mən bilərəkdən etdim, sən başa düşmədim. Mən bilmək istəyirdim ki, sənin nəyin var, nəyin yox. Bunu da bildim. Mənə məktub gəldi ki, DİN səni axtarıb tapa bilmir. Bu məktub protokola düşsün deyə vəsatət qaldırdım. Deyirsən ki, ekspertiza imtina etdi. Sən bunun datasına bax (sənəd göstərir). Bu isə sirr olaraq qalsın”.
Sənədi təqdim edirik:
Cəvahir