AFFA 1000 manat irəli düşdü

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Yeniçağ.az-ın məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XVII turunda baş vermiş hüquqi pozuntularla bağlı qərarlar qəbul olunub.

“Qəbələ” – AZAL matçında hər iki klub 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib. Görüşün 78-ci dəqiqəsində isə AZAL klubunun futbolçusu Alamadine Omeqa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 200 manat ziyana düşüb.

Qeyd edək ki, AZAL növbəti turda “İnter”i qəbul edəcək.

Yeniçağ.az