AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cərimələyib.
Yenicag.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan” 700 manat ödəməli olacaq.
Naxçıvan təmsilçisinin 5 üzvü VII turda “Turan Tovuz”a qalib gəldikləri (2:1) matçda sarı vərəqə ilə cəzalandırılıb.
Tovuz təmsilçisinə meydana kənar əşyalar atılmağına görə 800 manat cərimə tətbiq edilib.
“Səbail” klubu da 700 manat ziyana düşüb. “Dənizçilər”dən 7 oyunçu “Sabah”a uduzduqları (2:4) görüşdə sarı vərəqə alıb. Meydan sahiblərinə xəbərdarlıq da edilib. Buna azarkeşlər tərəfindən qonaq komandanın və hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirilməsi səbəb olub.
“Sabah” isə 4 futbolçusu sarı vərəqə gördüyü üçün eyni məbləği ödəyəcək.
“Sumqayıt” isə “Zirə”yə yenildikləri (0:2) oyunda əsasnə tələblərini pozduğu üçün 500 manat ziyana düşüb.
www.yenicag.az