!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA 5 klubu cərimələdi

!Reklam – Yazi

AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb.

Yenicag.az xəbər verir ki, İK Premyer Liqada çıxış edən 5 klubu cərimələyib.

“Turan Tovuz”un futbolçusu Şakir Seyidov Bakıda “Sabah”a 1:3 hesabı ilə uduzduqları VII tur matçında qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. 22 yaşlı müdafiəçi klubu 1 600 manat xərcə salıb.

“Qəbələ” – “Sumqayıt” görüşündə (1:0) “qırmızı-qaralar”ın azarkeşləri Elçin Məsiyevi təhqir etdiyi üçün meydan sahibləri 4 000 manat cərimə olunub. Bundan başqa, əyalət təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradov birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 2 oyunluq diskvalifikasiya alıb. Klub isə 1600 manat cərimə ödəyəcək.

“Səbail” evdə “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra isti su təchizatının olmaması səbəbindən 800 manat cərimə olunub.

“Kəpəz” isə azarkeşlərinə görə ziyana düşüb. Fanatlar Qəbələdə “Şamaxı” ilə görüşdə (2:1) hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi 4 000 manat cərimələnib. Həmçinin, “Kəpəz”in 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub əlavə 800 manat cərimə ödəməli olacaq.

“Şamaxı” isə 2-ci hissədə meydana 3 dəqiqə gec daxil olduğu üçün 800 manat cərimə olunub. Bundan əlavə, bölgə təmsilçisinin futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına etirazını bildirdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandasını isə 200 manat xərcə salıb.

www.yenicag.az

174
Ads
www.veteninfo.com
!Reklam – Arxiv