Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

AFFA Avropa Super Liqasının yaradılması ilə bağlı mövqeyini ortaya qoydu

Reklam: High Technic

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir.

Bu barədə AFFA-nın Avropa Super Liqasının yaradılması ilə bağlı bəyanatında qeyd edilir:

“Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq”.

Qeyd edək ki, Avropanın 12 klubu Super Liqada yarışacağını rəsmi şəkildə açıqlayıb.

Loading...

www.yenicag.az

151
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100