AFFA bu kluba xəbərdarlıq etdi

AFFA İntizam Komitəsi “Sabah” klubuna xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, buna paytaxt təmsilçisinin evdə “Zirə”yə qarşı keçirdiyi Premyer Liqanın XXII tur matçında hakimlər otağının internetlə təmin edilməməsi səbəb olub.

Bundan başqa, həmin qarşılaşmada meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Qeyd edək ki, “Sabah” – “Zirə” matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.