AFFA bu klubları cərimələdi – SİYAHI

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi qərarlar qəbul edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Məlumata görə:

– Premyer Liqanın XXVII turunun “Şamaxı” – “Qəbələ” oyununda “Qəbələ” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

– XXVII turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur;

– “Sabah” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;

– “Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilir;

– “Sumqayıt” klubunun yeddi futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.