AFFA Canni De Byazi ilə müqaviləni rəsmiləşdirdi

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.

Yenicag.az AFFA-nın saytına istinadən məlumatına görə, bu gün tərəflər arasında müqavilə imzalanıb.

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

COP29