AFFA “Cəbrayıl” komandasına texniki məğlubiyyət verdi

media-hightechnic-468x90

AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Cəbrayıl” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

Yenicag.az xəbər verir ki, buna adı protokolda qeyd edilməmiş futbolçu Nurlan Quliyevin “Şahdağ Qusar”a qarşı IV tur oyununda meydana çıxması səbəb olub.

“Cəbrayıl” klubu isə 400 manat məbləğində cərimələnib.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatmışdı.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600