!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA cərimələrdən 3200 manat “qazandı”

!Reklam – Yazi

15683318_1182266095194801_1204973805_nAFFA İntizam Komitəsinin iclası keçirilib.

Yeniçağ.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yol verilən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Zirə” – “Neftçi” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Oyunun 64-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan AZAL – “Qəbələ” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat dəyərində cəza kəsib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” – “İnter” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Yenicag.az

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv