Sabah AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Yenicag.az xəbər verir ki, iclasda AFFA-nın Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsində struktur dəyişikliyi, lisenziyalaşdırma prosesi və digər məsələlərlə bağlı müzakirə aparılacaq.
Saat 15:00-da isə AFFA-nın inzibati binasında mətbuat nümayəndələri üçün İcraiyyə Komitəsinin iclası ilə bağlı brifinq təşkil olunacaq.