Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

Reklam: High Technic

AFFA-da ciddi oğurluq faktının üstü açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə futbolinfo.az saytı məlumat yayıb.

Sən demə, baş katib Elxan Məmmədovun şübhələri əsaslıymış. Sadəcə, o, ünvanı düz seçməyibmiş.

Milli komandaların inventarlarının, geyim dəstlərinin və topların bir hissəsinin yoxa çıxması barədə məlumat vermişdik. Bu səbəbdən milli komandaların baş inzibatçısı İslam Abbasov vəzifəsindən istefa vermişdi. O, vəzifəsindən azad olunan digər inzibatçıların yeyintiyə yol verdiyi, formaları satdığı haqda akta qol çəkməyib, işindən imtina etmişdi.

Elə o vaxt bunun araşdırılması üçün AFFA-ya hüquq-mühafizə orqanlarına müraciət etməyin vacibliyini bildirmiş, bu haqda yazı yazmışdıq. Həqiqətən inventar çatışmazlığı varsa, ya inzibatçılardan şikayət edilməli, ya da həqiqi oğruların kimliyinin müəyyənləşməsi üçün araşdırılma aparılmalıydı.

Təklifimiz kimlərinsə ağlına batıbvə kamera görüntülərinə baxılıb. Məlum olub ki…

…Gecələr AFFA-nın binasında müəyyən müddətə bütün işıqlar söndürülürmüş. Belədə kameralar da sönürmüş və çəkiliş dayanırmış. Qaranlıqda anbar açılır, oradan nələrsə götürülür, maşına qoyulur və satmaq üçün aparılırmış. Və bunu mühafizə xidmətinin əməkdaşları edirmiş.

Lakin onların fırıldağının üstü elə kamera görüntüsü vasitəsi ilə açılıb. Sən demə, mühafizəçilərin nəzərə almadığı bir kamera da var imiş. Elektrik enerjisini AFFA-dan götürməyən bu kameraya bütün görüntülər düşüb. Maşına yüklənən formalar beləcə yaddaşa yazılıb.

Artıq bu görüntülərin hüquq-mühafizə orqanlarına təqdim edildiyi və şübhəli bir şəxsin saxlandığı deyilir. Mühafizə xidmətinə rəhbərlik edən Ramiz (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs də işindən azad olunub. Təsadüfi deyil, son günlər AFFA-da bütün mühafizə xidməti dəyişilib və indi SOCAR-dan gətirilən qarovulçular iş başındadı.

Ramiz həm də Bayıl stadionunun mühafizə xidmətinə başçılıq edirdi. Orada da onun dəstəsinə qapını göstəriblər. İndi geyim dəstlərini kimin oğurladığı və harada satdığı araşdırılır.

Təbii ki, bu xəbər rəsmi deyil, amma AFFA-nın təsdiq və ya təkzibini işıqlandırmağa hazırıq. Yəqin onlar da millinin çatışmayan formalarının tapılmasında maraqlıdılar.

www.yenicag.az

7173
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM