!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA-da yeni təyinat

!Reklam – Yazi

AFFA-da yeni təyinat rəsmiləşib.

Yenicag.az xəbər verir ki, Elman Himayətoğlu futbol üzrə milli komandanın mətbuat katibi vəzifəsinə təyin edilib. O, 1 Yanvar 2018-ci il tarixindən vəzifəsinin icrasına başlayacaq.

“Təklif gəldi, fikirləşmək üçün vaxt istədim. Daha sonra klub rəhbərliyi ilə məsləhətləşdim. Onlar da razılıq verdilər. Etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum”, deyə Himayətoğlu saytımıza açıqlamasında bildirib.

Qeyd edək ki, İTV-nin keçmiş əməkdaşı olan Himayətoğlu son olaraq “Zirə” futbol klubunda mətbuat xidməti vəzifəsini icra edib.

Xatırladaq ki, bu, millidə yeni postdur. AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə Mikayıl Nərimanoğlunun qovulmasından sonra Firuz Abdulla təyin edilib.

www.yenicag.az

2460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv