Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

AFFA-dan De Byazi ilə bağlı açıqlama

Reklam: Sinerji Pro

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi Canni De Byazinin gələcək taleyinə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək. Onun müqaviləsi bu ayın sonu başa çatır.

Yenicag.az xəbər verir ki, bunu AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq: “Bundan sonra AFFA İcraiyyə Komitəsi bu məsələni müzakirə edəcək.Milli komandaya baş məşqçi təyin olunması, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı məsələrə dair qərar qəbul etmək səlahiyyəti İK-dədir. AFFA İcraiyyə Komitəsinin iclası bu ayın sonu və ya gələn ayın əvvəli keçirilə bilər.”

 

 

www.yenicag.az

116
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100