Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, toplantıda I divizionun XIX turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.
İclasda rəqibini və hakimi təhqir edən futbolçulara da cəza kəsilib.
“Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.
“Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 320 manat cərimə olunub.