AFFA İntizam Komitəsi “Neftçi”nin U-16 komandasının baş məşqçisi Mirbağır İsayevi 5 oyunluq cəzalandırıb.
Yenicag.az xəbər verir ki, 45 yaşlı mütəxəssis U-16 liqasının XXIII turunda “Gəncə TİM” komandası ilə qolsuz heç-heçə etdikləri görüşdə hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün sanksiya ilə üzləşib.
Qeyd edək ki, M.İsayev Azərbaycanın müxtəlif yaş qrupları üzrə baş məşqçisi olub.