Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

AFFA-dan "Səbail"in futbolçusuna ağır cəza - Təhqirə görə

Reklam: High Technic

AFFA İntizam Komitəsi “Səbail” klubunun qapıçısı Aleksandr Rıbkanı 3 oyunluq cəzalandırıb.

Yenicag.az-ın məlumatına görə, buna səbəb 32 yaşlı qolkiperin XXIV turda “Neftçi” ilə matçda sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətməsidir. Ukraynalı oyunçunun klubuna isə 1600 manat məbləğində cərimə kəsilib. Rıbkaya verilən 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Bu görüşdə həmçinin “Neftçi”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalanıb. Bununla əlaqədar flaqman 800 manat məbləğində cərimələnib.

“Keşlə” ilə səfər oyununda “Qəbələ”nin məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi Baxşıyevə bir matçlıq cəza verib və klubunu 800 manat cəriməyə məruz qoyub.

Bu matçın gedişində “Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.

Qeyd edək ki, “Səbail” – “Neftçi” matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. “Qəbələ” isə “Keşlə”ni məğlub edib – 2:1.

www.yenicag.az

3186
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM