17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-17 yığmasını Vüqar Məmmədə həvalə edib.
Qeyd edək ki, Vüqar Məmməd bundan əvvəl U-19 millimizi çalışdırıb. Onun rəhbərliyi altında komanda Avropa çempionatının elit-raunduna vəsiqə qazanmağı bacarıb. Bundan sonra AFFA gözlənilmədən U-19-a Samir Əliyevin baş məşqçilik edəcəyini açıqlayıb. Amma elit-raunda komanda V.Məmmədin rəhbərliyi altında oynayıb və İrlandiya, Rumıniya və Rusiyanın yer aldığı qrupda sonuncu olub (2 məğlubiyyət, 1 heç-heçə).