Ötən gün yayılan xəbərlər arasında diqqət çəkənlərdən biri də Ermənistanın “Artsax” klubuna transfer olunan dağıstanlı futbolçu Samur Ağaməhəmmədovla bağlı idi.
Futbolçu açıqlamasında Azərbaycanın U-21 millisində çıxış etmək üçün AFFA-dan təklif aldığını bildirib.
Lakin Yenicag.az saytına açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumatı təkzib edib. O, assosiasiya tərəfindən Samur Ağaməhəmmədov adlı futbolçuya heç vaxt dəvət göndərilmədiyini bildirib.
Emin Səfərov