AFFA İntizam Komitəsi “Səbail” və “Zirə” komandalarını cərimələyib.
Yenicag.az xəbər verir ki, buna sözügedən komandaların futbolçularının Premyer Liqanın XIX tur matçlarındakı intizamsızlığı səbəb olub.
“Səbail”in 4 futbolçusu “Keşlə” ilə matçda (0:3), “Zirə”nin eyni sayda oyunçusu isə “Qəbələ” ilə görüşdə (0:0) sarı vərəqə ilə cəzalandırıldıqları üçün klublar ayrı-ayrılıqda 800 manat cərimə olunublar.