AFFA “İrəvan”a texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi I Liqada çıxış edən “İrəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, buna komandanın V turda “İmişli” ilə səfər oyununa çıxmaması səbəb olub.
“İrəvan” həmçinin 400 manat cərimələnib.